Study abroad

“Kaspi Tur” şirkəti  Amerika Dil Kurslarının Azərbaycandakı rəsmi nümayəndəsidir.

İngilis dilini öyrənmək üçün Azərbaycanlı tələbələrin ən çox getdikləri ölkə Amerika Birləşmiş Ştatlarıdır. ABŞ güclü təhsil və inkişaf səviyyəsinə malik olduğu üçün dil öyrənməklə bərabər digər təhsil imkanlarına da çıxış əldə edirsiniz. 

Xarici dil öyrənmək hər kəs üçün vacibdir. “Kaspi Tur” şirkəti Azərbaycanda hər bir tələbəyə bütün mərhələlər üzrə dil öyrənmək imkanı yaradır. Bununla bərabər xaricdə dil kurslarını keçməyin dil öyrənməkdən başqa əlavə üstünlükləri də vardır. Belə ki, xarici ölkədə dil kursu keçmək eyni zamanda həmin ölkənin mədəniyyəti ilə tanış olmaq, təhsilini başa düşmək və gələcək təhsilini firkirləşmək üçün gözəl imkandır. Güclü beynəlxalq əməkdaşlıq nəticəsində bizim dəstəyimizlə əksər ölkələrdə dil kursları keçə biləcəksiniz. Siz sadəcə adi ingilis dili deyil, eyni zamanda dil kursunu bitirdikdən sonra Bakalavr Pilləsinə  imtahan verib Amerikada oxumaq imkanı qazana bilərsiniz.

Bizim əməkdaşlıq etdiyimiz “Capstone” dil kursları 3 pillədə təhsil təklif edir:
Basic Skill Program;
Academic Program (Akademik semestr);
Fluency Program;
Əlavə olaraq TOEFL dərsləri də seçmə imkanınız var.
Proqramın 1 aylıq qiyməti 680$ təşkil edir.
Həftəlik dil kursları 30 saat təkil edir və maksimum 12 nəfərdən ibarətdir.

“Kaspi Tur” şirkətinin təklif etdiyi Proqramın qiyməti: 2500 AZN/3200$
Proqrama 18 yaşdan yuxarı hər kəs yazıla bilər.
Proqrama daxildir:
1 aylıq Proqramın ödənişi  (digər aylar – 680$);
Həftədə 30 saat yüksək səviyyəli İngilis dili məşğələsi;
Amerikadakı dil məktəbindən tələbə üçün dəvətnamə;
Tələbənin bu ölkədəki dil kursuna qeydiyyatdan keçməsi;
Bütün sənədlərin təşkil olunması;
Viza xərclərinin ödənişi;
Amerika səfirliyində viza görüşünün təyin olunması və viza dəstəyi üçün 1 saatlıq hazırlıq;
Amerikada hava limanında qarşılanma və oteldə 1 həftə yerləşdirmə (otel ödənişi daxil deyil).
“Kaspi Tur” şirkəti bütün sənədlərin təşkilini həyata keçirir və sizin Amerikada təhsil almaq üçün viza almanız cəmi 3-4 həftə vaxt çəkir. 
Digər təhsil mərkəzlərindən fərqli olaraq Amerika səfirliyindən viza almadığınız təqdirdə “Kaspi Tur” şirkəti tərəfindən sizin etdiyiniz ödənişin 50% geri qaytarır. (Qalan xərclər viza qeydiyyatı üçün sərf edildiyindən qaytarılmır).
Aşağıdakı sənədlərlə bizim ofisə yaxınlaşıb qeydiyyatdan keçə bilərsiniz.
Sənədlər:
Xarici passportun surəti;
Attestatın surəti;
Diplomun surəti (əgər varsa);
Bank hesabı haqqında arayış.

Bundan əlavə, bizim şirkət postsovet məkanında olan bir sıra tanınmış və nüfuzlu universitetlərlə əməkdaşlıq edir və həmin universitetlərə tələbə qəbulunu təşkil edir.

 Əlavə məlumat üçün bizim ofislə əlaqə saxlaya bilərsiniz.